Şriftin ölçüsü :

Saytın rəngi :

“Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

22 aprel 2015 | 15:00

Aprelin 22-də Heydər Əliyev Mərkəzində şəhər Qeydiyyat şöbəsi Təhsil şöbəsi ilə birlikdə “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirib. Hüquq-mühafizə orqanları rəhbərləri, Mingəçevir, Göyçay, Bərdə, Ağdaş və Yevlax qeydiyyat şöbələri rəisləri, valideynlər və IX-XI sinif şagirdlərinin iştirak etdikləri tədbirdə milli-mənəvi dəyərlərin qorunub saxlanılması, erkən nikahın tibbi, sosial, psixoloji fəsadları barədə ətraflı məlumat verilib, erkən nikahın fəsadları barədə çoxsaylı faktlar nümunə kimi diqqətə çatdırılıb, məktəblilərin sualları ətraflı cavablandırılıb.

Keçidlər