Şriftin ölçüsü :

Saytın rəngi :

2015-ci ilin I rübündə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş geniş Şura iclası keçirilib

16 aprel 2015 | 15:00

Aprelin 16-da Mingəçevir şəhərinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Baramov məlumat verib ki, bu il fevral ayının 24-də Prezident İlham Əliyev şəhərə səfər edib. Dövlət başçısı məcburi köçkünlər üçün inşa edilmiş və Avropa Oyunları zamanı idmançıların yerləşəcəyi qəsəbədə olub. Heydər Əliyev fondunun təşəbbüsü ilə inşa edilən 120 yerlik müasir uşaq bağçasının açılışında iştirak edib. Əsaslı təmirdən sonra istismara verilən Mərkəzi Xəstəxanada görülən işlərlə, Heydər Əliyev parkında aparılan yenidənqurma işləri ilə tanış olub. Kür çayının sağ sahilində inşa edilən “Ağsaray” otel kompleksindəki işlərin gedişi ilə maraqlanıb.
  Yığıncaqda məlumat verilib ki, hesabat dövründə Avropa Oyunlarına hazırlıq işləri davam etdirilib, çoxmərtəbəli binaların dam örtükləri və fasad hissələri müasir görkəmə salınıb, küçələr asfaltlanıb, müasir işıq dirəkləri quraşdırılıb, şəhərin küçələrində təhlükəsizlik kameraları quraşdırılıb, küçə, park və xiyabanlarda yeni yaşıllıqlar salınıb, müxtəlif növ ağaclar əkilib. 66-cı məhəllədəki qazanxananın bərpası təmin edilərək 120 mənzilə istilik verilib.
    Hesabat yığıncağında qarşıda duran vəzifələr də müzakirə olunub.

Keçidlər