Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyənin Gəncədəki baş konsulu Mingəçevirə səfər edib

09 aprel 2015 | 15:00

Aprelin 9-da Türkiyənin Gəncədəki konsulu Orhan Işık Mingəçevirə səfər edib. Konsulu şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qəbul edib. Görüş zamanı N.Bayramov iki ölkə arasında müxtəlif sahələr üzrə yaranan əlaqələrin gündən-günə genişlənməsinin əhəmiyyətindən söz açıb, qonağa şəhərin iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verib. Həmçinin, konsula şəhərdə aparılan quruculuq və abadlıq işləri, yenidən qurulan Heydər Əliyev parkının layihəsi haqda danışılıb.
Qonağa bildirilib ki, hazırda Mingəçevir şəhəri Birinci Avropa Oyunlarının avarçəkmə yarışlarına hazırlaşır. Şəhərin bu mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi üçün mühüm işlər görülür.  Görüşdə tərəflər arasında bir sıra sahələrdə fikir mübadiləsi aparılıb. Sonra qonaq Heydər Əliyev Mərkəzinə, Gənclər evinə, “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə, idmançıların və qonaqların yerləşəcəyi şəhərciyə, mərkəzi şəhər xəstəxanasına səfər edərək orada yaradılan şəraitlə tanış olub.
    Azərbaycanın bir çox bölgələrinə səfər etdiyini vurğulayan konsul Mingəçevirə gəlişinin tanışlıq məqsədi daşıdığını qeyd edib. Mingəçevirin geniş potensial imkanlara malik olması barədə çox eşitdiyini və bu gün isə bütün bunların canlı şahidi olduğunu diqqətə çatdıran qonaq görülən işləri yüksək qiymətləndirib.

 

 

Keçidlər