Şriftin ölçüsü :

Saytın rəngi :

13 yanvar 2023-cü il tarixdə başçının növbəti səyyar görüşü oldu

13 yanvar 2023 | 14:47

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü yanvar ayının 13-də 1 nömrəli tam orta məktəbin akt zalında oldu. Görüşdə şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri və məktəbə yaxın ərazilərdə yaşayan sakinlər iştirak edirdilər. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirakçıları salamladıqdan sonra ölkədə və Mingəçevirdə həyata keçirilən tədbirlər haqqında qısa məlumat verdi. Qeyd etdi ki: “Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətinin nəticəsində bu gün respublikamız daha da inkişaf edir, dünya dövlətləri arasında öz layiqli yerini tutur. Cənab prezidentin yanvarın 10-da yerli televiziya kanallarının jurnalistlərinə verdiyi müsahibədə bu bir daha əyani şəkildə nümayiş olundu. Ümumən 2022-ciil respublikamız və şəhərimiz üçün uğurlu olmuşdur. Demək olar ki, bütün parametrlər üzrə qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetirilmişdir. 2023-cü ilin dövlət büdcəsinin təsdiqi də bir daha göstərdi ki, Azərbaycanda əvvəlki illərdə olduğu kimi, yenı ildə də büdcəmiz sosial yönümlüdür. İnsanların maraqları, həyat tərzləri də büdcənin təsdiqində nəzərə alınmışdır. Əvvəliki illərdə olduğu kimi şəhərin abadlıq-quruculuq işləri yenə də sürətlə davam etdiriləcək, insanların məmnunluq hisslərini artırmaq mədsədi ilə yaşayış binalarının əsaslı təmiri, park və xiyabanların qaydaya salınması, yeni istirahət güşələrinin yaradılması, numunəvi məhəllələrin salınması diqqət mərkəzindədir. Hazırda şəhərdə kanalizasiya sisteminin yenilənməsi istiqamətində işlər sürətlə davam etdirilir və yekunlaşmağa doğru gedir. Əminliklə bildiririəm ki, şəhər sakinlərinin bu sahədə olan narahatlıqları tezliklə aradan qaldırılacaq. Cənab prezidentin tapşırığına uyğun olaraq keçirilən səyyar görüşlərin bu işlərə əsaslı təsiri olduğunu diqqətə çatdırdı.” Sonra sakinlərdən Sevda Məmmədova, Hicran Rəcəbzadə, Emin Əhmədov, Gülbahar Əhmədova, Ramilə Rəsulova, Zülfiyyə Səlimova, Dilarə Nəzirova, Vahid Ağalarov və başqaları çıxış edərək şəhərdə aparılan işlərə münasibətlərini açıqladılar. Göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını ifadə etdilər. Əsas diqqət binaların təmirinə, ərazidəki xeyir-şər mağarlarının qaydaya salınmasına, bəzi yerlərdə elektrik naqillərinin təmirinə, işsizliyə, şəhid ailələri üçün mənzillərin verilməsinə yönəldildi. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərin müraciətlərini diqqətlə dinləyərək onlara aydınlıq gətirdi və qaldırılan məsələlərin problemlərin həlli üçün görüşdə iştirak edən idarə, müəssisə, təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi. Əmin etdi ki, həmin məsələlər nəzarətə götürülərək qısa müddətdə öz həllini tapacaq.

Keçidlər