Şriftin ölçüsü :
Saytın rəngi :
Aprelin 23-də 13 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarzə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi Qrupu və Mingəçevir şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirici görüş keçirilib.
Şəhərin təhsil, mədəniyyət, səhiyyə ocaqlarında, idarə və müəssisələrdə keçirilən bu cür maarifləndirici tədbirlər yeniyetmə və gənclərin pis vərdişlərdən uzaq olmasına imkan yaradır. G
örüşdə şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Elşən Əliyev və komissiyanın baş məsləhətçisi Şahin İsmayılov geniş məlumatla çıxış ediblər.
İctimaiyyət nümayəndələrinin, müəllim və valideynlərin iştirak etdiyi tədbirdə tövsiyələr verilib, məlum bəlaya qarşı hamılıqla mübarizə aparmağın vacibliyi vurğulanıb.