Şriftin ölçüsü :

Saytın rəngi :

13 iyul 2023-cü il tarixdə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü oldu

14 iyul 2023 | 15:39

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü iyul ayının 13-də şəhərin sağ sahilində N.B.Vəzirov küçəsindəki 14 saylı binanın qarşısında oldu. Görüşdə şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, polis şöbəsinin rəisi Ədalət Əliyev, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Görüşə əraziyə yaxın yaşayış binalarının sakinləri ilə yanaşı şəhərin digər ərazilərində yaşayan vətəndaşlar da gəlmişdilər. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirakçıları salamlayaraq dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırığı ilə keçirilən səyyar görüşlərin əsas məqsədinin sakinləri narahat edən problemlərin həllinə yönəldiyini bildirdi. Şəhər rəhbəri şəhərdə aparılan abadlıq və quruculuq işləri barədə məlumat verdi. Qeyd etdi ki, məhəllələrin abadaşdırılması, əsaslı təmir işləri, park və istirahət guşələrində yaşıllıqların genişləndirilməsi və bu kimi digər işlər uğurla davam edir. Görüşdə çıxış edən sakinlərdən Fərhad Əhmədov, Rafiq Məmmədov, Heyyət Qasımov, Razi Səmədov, Camal Abdullayev, Gülbadə Orucova, Yaqub Məmmədov, Azad Əhmədov, Qurban Qarayev, Nuru Həmzəyev, Elmira Ağammədova, Durna Rüstəmova, Vaqif Quliyev, Solmaz Əiliyeva, Durna Əliyeva şəhərimizdə həyata keçirilən quruculuq işlərinə görə ölkə Prezidentinə və Mingəçevir şəhr İcra Hakimiyyətinə minnətdarlıqlarını ifadə etdilər. Qarşılaşdıqları problemlərdən söz açdılar. Qəzalı binalarda yaşayan sakinlərin suallarını cavabdlandıran şəhər rəhbəri onlar üçün inşa olunan yeni yaşayış binasında işlərin son mərhələdə olduğunu bildirərək qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlarını verdi.

Keçidlər