Şriftin ölçüsü :

Saytın rəngi :

13 fevral 2026-cı il tarixdə YAP Mingəçevir şəhər təşkilatında partiya fəalları ilə şəhər təşkilatının təsis edilməsinin 33 illiyinə həsr edilmiş yığıncaq keçirildi.

16 fevral 2026 | 11:14

Konfrans iştirakçıları əvvəlcəYeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq öz ehtiramlarını bildirmişlər.

Konfransda Ulu Öndər Heydər Əliyevin , dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsinə bir dəqiqəlik sükutla yad edilir.

Konfransda Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, partiya veteranları Ramiz Kərimov, Ramiz Süleymanov, Nurcamal Əsgərova və partiya fəalı Şəmsinur Hüseynova məruzə ilə çıxış edərək əvvəlcə partiya üzvlərini təbrik etdilər, qeyd etdilər ki, yarandığı gündən Yeni Azərbaycan Partiyasının Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqramının məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik hüquqi dünyəvi cəmiyyət qurulması, əmin amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosial yönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub.

Sonda YAP şəhər təşkilatının yaranmasının 33-cü ildönümü və YAP şəhər təşkilatının işində fəal iştirak etdiklərinə görə 5 nəfər partiya fəalına Mikayıllı Rizvan Aslan oğlu, Əliyev Sahib Hümmət oğlu, Hüseynova Şəmsinur Vaqif qızı, Hüseynova Məlahət Şamil qızı, ,Seyidov Ruslan Ağamir oğlu Fəxri Fərmanla təltif olundular.

Keçidlər