Şriftin ölçüsü :

Saytın rəngi :

Fransanın Azərbaycandakı səfiri Mingəçevirə səfər edib

06 aprel 2015 | 15:00

Aprelin 6-da Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Mingəçevirə səfər edib. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşən səfirə şəhərin tarixi, mədəni həyatı, turizm imkanları, Birinci Avvropa Oyunları ilə bağlı görülən işlər və sənayesi barədə məlumat verilib. Şəhərin ali və orta ixtisas məktəblərində ehtiyac duyulan ixtisaslar, o cümlədən turizmlə bağlı kadrlar hazırlanır. Paskal Mönye Azərbaycan-Fransa əlaqələrinin, xüsusən mədəni tədbirlər və təhsillə əlaqədar proqramların artdığına diqqəti yönəldib. O, deyib ki, hər iki ölkədən olan gənclərin tələbə mübadilə proqramında iştirakları faydalıdır və gələcəkdə genişlənməsi gözlənilir.

Keçidlər