31 Mart - Azərbaycanlıların soyqırım günü qeyd edildi
Martın 31-də Azərbaycanlıların Soyqırım günü ilə bağlı şəhər ictimaiyyəti nümayəndələri “Soyqırım” abidə kompleksinin önünə əklil və tər güllər düzüb, şəhid soydaşlarımızın xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialında şəhər İcra Hakimiyyəti ilə birgə “Tarixin qan yaddaşı” adlı tədbir keçirilib. Soyqrımla bağlı filmin nümayişindən sonra Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov çıxış edərək, erməni millətçilərinin zaman-zaman Azərbaycan torpaqlarında törətdikləri qanlı çinayətləri yada salıb. Filialın direktoru Rasim Şükürov və müəllimlər, ictimayyət nümayəndələri erməni vandalizmini qətiyyətlə pisləyiblər. Azərbaycan həqiqətlərinin dünya ictimayyətinə daha dolğun çatdırılması üçün dövlətimizin və Heydər Əliyev fondunun həyata keçirdiyi davamlı tədbirləri yüksək qiymətləndiriblər.