Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə naziri Mingəçevirdə vətəndaşları qəbul edib

13 mart 2015 | 16:00

Martın 13-də səhiyyə naziri Oqtay Şirəliyev Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında Mingəçevir, Yevlax, Bərdə və Goranboydan olan vətəndaşları qəbul edib. Vətəndaşların müraciətlərinin əsas hissəsi sağlamlıq problemləri, kadr məsələləri, həkimlərin xarici ölkələrdə təkmilləşdirilməsi, işlə təminat və s. məsələlərlə bağlı olub. Qaldırılan məsələlər Səhiyyə Nazirliyinin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə araşdırılıb. Onların bəziləri elə görüşün gedişində həll edilib, digərləri ilə bağlı əlaqədar tibb müəssisələrinə müvafiq göstərişlər verilib. Nazirliyin səlahiyyətlərinə uyğun olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Keçidlər