Şriftin ölçüsü :

Saytın rəngi :

Gəncər və İdman naziri Mingəçevirdə vətəndaşları qəbul edib

12 mart 2015 | 16:00

Martın 12-də Gənclər və İdman naziri Azad Rəhimov Mingəçevir şəhəri Heydər Əliyev mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Mingəçevir şəhəri ilə yanaşı, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Yevlax və Zərdab rayon sakinləri də iştirak ediblər. Vətəndaşların müraciəti rayon və kəndlərdə idman bölmələri və zallarının, futbol meydançalarının, gənclər mərkəzlərinin açılması, mənzil şəraitinin yaxşılaşdırılması, gənclərin güzəştli ipoteka krediti və işlə təmin olunması, gənclər təşkilatının yaradılması və qeydiyyata alınması və digər məsələlərlə bağlı olub. Bir neçə idman müəllimi isə dərs saatının artırılması üçün nazirin qəbuluna gəlib.
   Bəzi məsələlər yerindəcə həllini tapıb. Gənclər və İdman Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
   Qəbuldan sonra nazir rayonların gənclər və idman idarələrinin rəisləri ilə də görüşüb, onlara müvafiq tapşırıqlarını verib.

Keçidlər