Şriftin ölçüsü :

Saytın rəngi :

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Mingəçevirə səfər edib

04 mart 2015 | 16:00

Martın 4-də Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri xanım Haydrun Tempel Mingəçevirə səfər edib. Səfiri şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qəbul edib. Görüş zamanı N.Bayramov iki ölkə arasında müxtəlif sahələr üzrə yaranan əlaqələrin gündən-günə genişlənməsinin əhəmiyyətindən söz açıb, qonağa şəhərin iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verib. Sonra qonaq “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə, idmançıların və qonaqların yerləşəcəyi qəsəbəyə, əsaslı təmir olunmuş şəhər Mərkəzi Xəstəxanasına səfər edərək orada yaradılan şəraitlə tanış olub. O, şəhərin görməli yerləri, “Sahil” parkı ilə tanış olub, mənzərəli guşələrində xatirə şəkilləri çəkdirib.


 

Keçidlər