Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin konfransı keçirilib

04 mart 2015 | 16:00

Martın 4-də Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib. Konfrans başlamazdan öncə iştirakçılar ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, onun ruhuna öz ehtiramlarını bildiriblər.
   Konfransı giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov konfransın gündəliyi haqqında məlumat verərək bildirib ki, hazırda YAP Mingəçevir şəhər təşkilatının 6734 nəfər üzvü var, onlardan 2786 nəfərini gənclər təşkil edir. Rayon təşkilatının 56 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir: 1993-cü ilin 13 fevralında yaradılmış YAP Mingəçevir şəhər təşkilatı mühüm inkişaf yolu keçib, üzvlərinin və ərazi təşkilatlarının sayı əhəmiyyətli dərəcədə artıb. Bu da Mingəçevir şəhərində əhalinin YAP-a axını, ilk ərazi partiya təşkilatlarının yaradılması ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa və onun layiqli davamçısı, Prezident İlham Əliyevə inamdan irəli gəlir.
   YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin III konfransından ötən müddət ərzində görülmüş işlərə dair hesabatı təqdim edən şəhər təşkilatı GB-nin sədri Bəxtiyar Mustafayev hesabat dövründə görülən işlərdən danışıb. Sonra hesabat ətrafında çıxışlar olub. Çıxış edən YAP Mingəçevir şəhər təşkilatı GB-nin üzvləri Lamiyə İbrahimova, Emin Paşayev və Elxan Cəfərov III konfransdan ötən müddət ərzində görülmüş işlərə dair hesabatı qənaətbəxş hesab etdiklərini bildirib və gənclərin fəaliyyətini yüksək qiymətləndiriblər.
   Sonra təşkilati işlərə baxılıb. YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin Şura üzvləri, İdarə Heyəti və YAP GB-nin növbəti konfransına nümayəndələri seçilib. Konfrans iştirakçılarının yekdil səsverməsinə əsasən Bəxtiyar Mustafayev YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin sədri, Ülviyyə Hüseynova və Eldar Dərişov sədrin müavinləri seçiliblər.
   YAP Mərkəzi aparatının məsul nümayəndəsi Araz Xudadanov və Respublika YAP Gənclər Birliyinin sədri Seymur Orucov Gənclər Birliyinin çoxşaxəli fəaliyyətindən, həyata keçirilən uğurlu layihələrdən ətraflı söz açıb. Həmçinin YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin fəaliyyətini qənaətbəxş hesab edərək qarşıda daha böyük işlər görüləcəyinə inandığını qeyd edib.


 

Keçidlər