Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin 23-cü ildönümü qeyd olunub

26 fevral 2015 | 16:00

Fevralı 26-da Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar şəhər ictimaiyyətinin nümayəndələri "Soyqırım" abidə kompleksi önünə tər gül dəstələri düzərək, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
   Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevirdə məskunlaşmış Xocalıdan olan şəhid ailələri ilə görüşüb. O bildirib ki, 23 il əvvəl təpədən dırnağa qədər ən müasir silahlarla yaraqlanmış rus və erməni silahlı birləşmələrinin Xocalıda törətdikləri faciə insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir. Şəhər rəhbəri Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində Heydər Əliyev fondunun həyata keçirdiyi layihələri yüksək qiymətləndirib, şəhid ailələrinə, Qarabağ əlillərinə, qaçqın və məcburi köçkün soydaşlarımıza göstərilən dövlət qayğısından söz açıb. Görüşdə Xocalı hadisələrinin şahidi olan Zahir Usubov, Baloğlan Allahyarov başlarına gələn faciədən kədər hissi ilə danışıblar. Tədbirin sonunda Xocalı rayonundan olan ailələrə maddi yardım göstərilib.
 


 

Keçidlər