Şriftin ölçüsü :

Saytın rəngi :

4 saylı orta məktəb və 12 saylı uşaq bağçasının əsaslı təmirdən sonra açılışı

18 fevral 2015 | 16:00

Fevralın 18-də şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əsaslı təmirdən sonra 4 saylı orta məktəb və 12 saylı uşaq bağçasının açılışında iştirak edib.
    Qonaqları salamlayan dil-ədəbiyyat müəllimi Svetlana Əliyeva təmir işlərinin ürək açan olduğunu bildirərək göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə kollektiv adından minnətdarlığını ifadə etdi. Məktəbin direktoru Azər Qazıyev müasir avadanlıqlarla təmin olunmuş və istilik sistemi ilə təchiz edilmiş sinif otaqlarında artıq uşaqların daha yüksək həvəslə dərs keçəcəklərini bildirdi. Qonaqlar sinif otaqlarında, idman və akt zallarında, yeməkxanada, kitabxanada oldular, yaradılan şəraitlə tanış oldular.
    Sonra şəhər rəhbəri 12 saylı sanatoriya tipli “Şəfa” uşaq bağçasına gəldi. Bağçanın müdiri Zenfira Məmmədova körpələr evində yaradılan şəraitdən, quraşdırılan istilik sistemindən, müasir mebellərlə təchiz olunan qrup otaqlarından danışaraq ölkə prezidntinə və icra başçısına kollektivin minnətdarlığını bildirdi.

Keçidlər