Gənclər günü qeyd eildi
2 fevral Gənclər günü münasibətilə “Minqo” istirahət mərkəzində musiqili əyləncəli tədbir keçirildi. Gəncləri bayram münasibətilə təbrik edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda isə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən gənclər siyasətinin əhəmiyyətindən danışaraq bildirdi ki, Azərbaycan gəncliyinin inkişafı, istedadlı, bilikli gənc kardların yetişdirilməsi üçün gənclərin həm ölkə daxilində, həm də xaricdə təhsilinə böyük diqqət göstərilir.
Şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, həmçinin gənclərdən Tural Kərimov, Babək İsakov göstərilən dövlət qayğısından söz açaraq gənclərin elmi biliklərinin zənginləşməsindən, idman sahəsindəki uğurlardan danışmış, vətənin ləyaqətli övladları kimi bu gündən sonra da fəallıq göstərəcəklərini bildirdilər. Bir-birini əvəz edən mahnı və rəqs nömrələri, vətənimizi tərənnüm edən poeziya nümunələri tədbiri şənləndidi. Tədbirdə qazandıqları müvəffəqiyyətlərə görə gənclərin bir qisminə Fəxri fərmanlar təqdim edildi.