2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2014-cü ilin yekunları ilə bağlı hesabatı
Yanvarın 23-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 2 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2014-cü ildəki fəaliyyətinin yekunları ilə bağlı hesabatı keçirildi. 2 saylı saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Faiq Mustafayev hesabat məruzəsi ilə çıxış etdi.
2015-ci ildə keçiriləcək I Avropa Oyunlarına hazırlıqla bağlı şəhərin Xaldan qəsəbəsi istiqamətindən və Gəncə şossesində giriş qapılarının ətraflarında yaşıllıqların artırılmasının, yeni ağac və gül kollarının əkilməsinin, H.Əliyev prospekti boyunca və 20 Yanvar küçəsində standartlara uyğun dayanacaqların qoyulması, yol kənarında yerləşən obyektlərin səliqə-sahmana salınmasına nəzarət etmək nümayəndəliyin əsas vəzifəsi olmuşdur. Şəhər ərazisində intensiv abadlıq və quruculuq işləri aparılmış, küçə və xiyabanlara yeni səki daşları döşənmiş, yeraltı piyada keçidi yüksək səviyyədə təmir edilmiş, çoxmərtəbəli evlərin fasad hissələri müasir formada təmir edilmişdir. İl ərzində Şəhər İcra Hakimiyyəti başçısı nümayəndəliyin müxtəlif ərazilərində sakinlərlə səyyari görüş keçirmiş, vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti öz həllini tapmışdır. Hesabat dövründə sakinlər nümayəndəliyə daha çox təssərrüfat problemləri ilə şifahi və rəsmi müraciətlər etmişdir. Faiq Mustafayev 2 saylı saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin qarşısında duran problem və təkliflərdən də bəhs etdi.
Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev, Tərəvəzçilik sovxozunun sakini Pərvin Rüstəmov, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəis müavini Tahir Abdullayev, şəhər Mənzil Kommunal Təsərrüfatı Kombinatının direktoru Ağa Ağayev müzakirələrdə çıxış edərək nümayəndəliyin fəaliyyətini müsbət dəyərləndirdilər.
Sonda şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov bildirdi ki, Mingəçevirdə aparılan abadlıq və quruculuq işlərində saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin də rolu böyükdür. Əlaqəli fəaliyyət nəticəsində şəhərin, prospektləri, küçələri, parkları və binaları yeindən qurulur, müasir görkəm alır. Bütün bunlar şəhər sakinlərinin normal şəraitdə yaşamasına xidmət edir.
Yığıncaqda hesabatla əlaqədar müvafiq qərar layihəsi qəbul edildi.