Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il şənliyi keçirilib

30 dekabr 2014 | 16:00

Dekabrın 30-da şəhərin Heydər Əliyev meydanında, bayram yolkası ətrafında Yeni il şənliyi keçirilib. Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə tədbirə toplaşanları və bütün mingəçevirliləri təbrik edib, şəhərimizdə aparılan abadlıq-quruculuq işlərinin 2015-ci ildə daha da genişlənəcəyini bildirərək hər kəsə can sağlığı, xoşbəxtlik diləyib.
     Uşaq Yaradıcılıq Mərkəzinin rəqs qrupunun ifası, Mədəniyyət və Turizm şöbəsinin musiqi çələngi, Şaxta babanın məzəli söhbətləri və hədyyələri şənliyə rəngarəng çalarlar qatıb.

.

Keçidlər