Beynəlxalq Əlillər Günü qeyd olundu
3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyəti Əhalinin Sosial Müdafiə Mərkəzi ilə birgə tədbir keçirib. Tədbirdə şəhər İcra Hakimiyyətinin müavini Ramiz Əliyev çıxış edərək bildirib ki, respublikamızda əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir, həmişə bu təbəqəyə qayğı ilə yanaşılır və onların sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılır. Mingəçevir şəhər Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Elçin Abdullayev də fiziki sağlamlığı məhdud olan insanlara lazımi qayğının göstərildiyini vurğulayıb.
Əlillər çıxış edərək, diqqət və qayğıya görə minnətdarlıq ediblər. Yerli musiqiçilərin rəngarəng çıxışları bayram süfrəsi ətrafına toplaşan əlillərin əhvali-ruhiyyəsini daha da yüksəldib.