“Heydər Əliyev və Azərbaycanda energetikanın inkişafı” mövzusunda elmi konfrans keçirilib
Noyabrın 28-də Mingəçevir Politexnik İnstitutunda “Heydər Əliyev və Azərbaycanda energetikanın inkişafı”na həsr edilmiş respublika elmi konfransı keçirilib. Konfransı giriş sözü ilə açan institutun rektoru Akif Hacıyevin çıxışından sonra MPİ-nin Elektroenergetika və istilik energetikası kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Ülkər Aşurova “Azərbaycanda energetikanın inkişaf tarixindən”, “Azərbaycan İES” MMC-nin direktoru, əməkdar mühəndis Bəhman Nəcməddinov “Ulu öndər Heydər Əliyevin Mingəçevir energetikasının inkişafında tarixi rolu”, MPİ-nin Humanitar fənlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Esmira Cəfərova “Energetika və geosiyasət”, Azərbaycan Texnolgiya Universitetinin Ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, kimya elmləri doktoru, professor Elşad Məmmədov “Davamlı insan inkişafının ekoloji aspektləri”, MPİ-nin İnformasiya texnologiyaları və sistemləri kafedrasının baş müəllimi, Bakı Dövlət Universitetinin doktorantı Elnur Xəlilov “Paket yaradan və onu prokat edən çevik istehsal modulunun animasiya modelləşdirilməsi ilə tədqiqinin arxitekturası” mövzusunda məruzə ilə çıxış ediblər.