Şriftin ölçüsü :

Saytın rəngi :

Fövqəladə hallar naziri Mingəçevirdə vətəndaşları qəbul edib

28 noyabr 2014 | 16:00

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov noyabrın 28-də Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib. Nazir Mingəçevir və Naftalan şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinlərini, habelə, həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşan məcburi köçkünlərin müraciətlərini dinləyib. Qəbul zamanı edilən müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyətdəki evlərin təmiri və digər məsələlərlə bağlı olub. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb. Nazir vətəndaşların qaldırdıqları məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün əlaqədar qurumların rəhbərlərinə müvafiq göstərişlər verib.

Keçidlər