Şriftin ölçüsü :

Saytın rəngi :

”Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilib

21 noyabr 2014 | 16:00

Noyabrın 21-də Mingəçevir şəhər bələdiyyəsinin akt zalında ”Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilib. Konfransda çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini  Araz Əliyev bildirib ki, ilin 9 ayı ərzində mənşəyi məlum olmayan, yararlılıq müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 46,3 ton ərzaq və 0,3 ton qeyri-ərzaq malları qanuna müvafiq qaydada satışdan çıxarılaraq məhv edilib.
Natiq istehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmənin mühüm əhəmiyyət daşıdığını bildirərək qeyd edib ki, Dövlət Xidməti tərəfindən müxtəlif konfranslar və seminarlar keçirilir, KİV-də maarifləndirici məlumatlar yayılır. Ötən dövr ərzində istehlakçı hüquqlarına dair 16 adda 75 min buklet, 6 adda 6 mindən artıq yaddaş kitabçası hazırlanaraq paylanıb.
Konfrans iştirakçılarına məlumat verilib ki, istehlakçı hüquqlarının pozulması halları ilə rastlaşdıqda, nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlara, nazirliyin internet saytı və "Facebook" səhifəsi vasitəsilə Dövlət Xidmətinə məlumat verə bilərlər.

Keçidlər