Yeni Azərbaycan Partiyasının yaranmasının 22 illiyi münasibəti ilə tədbir keçirildi
Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 22 illiyi münasibəti ilə YAP Mingəçevir şəhər təşkilatında tədbir keçirildi. Tədbirdən əvvəl partiya fəalları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq öz dərin ehtiramlarını bildirdilər. Tədbiri giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov yığıncaq iştirakçılarını salamladıqdan sonra, YAP-nın yaranma tarixi, inkişaf mərhələləri və ictimai-siyasi həyatında Ulu Öndər Heydər Əliyevin müstəsna rolundan danışdı.
YAP Mingəçevir şəhər təşkilatının İdarə Heyətinin üzvləri Nurcamal Əsgərova, Ramiz Kərimov və bir neçə aktiv partiya üzvləri çıxış edərək, bu bayram günü münasibəti ilə tədbir iştirakçılarına öz ürək sözlərini və təbriklərini çatdırdılar.
Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılov çıxış edərək, keçən 22 il ərzində Azərbaycanı uğurlu gələcəyə aparan YAP-ın lideri Cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə hər sahədə dinamik inkişafa nail olunduğunu bildirdi və bu bayram günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi.
Sonda partiya sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiya vəsiqələri təqdim edildi.