Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar təlim-seminar keçirilib

14 noyabr 2014 | 16:00

Noyabrın 14-də Mingəçevir şəhər bələdiyyəsinin akt zalında Azərbaycan Respublikasında bələdiyyə seçkilərinə hazırlıq və onun keçirilməsinin monitorinqi üçün müşahidəçilərin hazırlanması üzrə təlim-seminar keçirilib.  Seminarda Milli Məclisin üzvləri, Mərkəzi Seçki Komissiyasının nümayəndələri, 47 saylı Mingəçevir dairə seçki komissiyasının,  eləcə də məntəqə seçki komissiyalarının sədr və üzvləri iştirak ediblər. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində belə bir təlim-seminarın təşkil olunmasını müsbət qiymətləndirib. Milli Məclisin Regional Məsələlər üzrə Komitəsinin sədri Arif Rəhimzadə və Milli Məclisin deputatı Aydın Mirzəzadə yerli idarəetmə orqanları olan bələdiyyələrin cəmiyyətimizdəki yeri və rolundan söz açıblar. Bu tədbirin seçki təcrübəsinin artırılmasına mühüm töhfə verəcəyini bildiriblər. Qeyd ediblər ki, ölkəmizdə növbəti bələdiyyə seçkilərinin də mövcud qanunvericiliyə uyğun olaraq demokratik və şəffaf şəkildə keçirilməsi üçün hər cür şərait yaradılıb. Seminarda Mərkəzi Seçki Komissiyasının üzvü  Qabil Orucov “Azərbaycan Respublikasında seçkilər və referendumun keçirilməsinin müşahidəsinin normativ əsasları” mövzusunda əhatəli çıxış edib, müşahidəçilərin hüquq və vəzifələrindən danışıb. Müşahidə İnstitutunun seçki prosesində tətbiqinin mahiyyətinə toxunub. Müşahidəçiliyin hansı prinsiplər əsasında aparılması haqqında danışıb. Bildirib ki,  istər yerli, istərsə də beynəlxalq müşahidəçilərin əsas funksiyası seçki hüquq və pozmalarının qarşısının alınmasına kömək etməklə, seçki komissiyalarının işinə yardımçı olmaqdır.

Keçidlər