Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə şəhər günü qeyd edilib

11 noyabr 2014 | 16:00

Noyabrın 11-də şəhər günü münasibətilə Mingəçevir Dövlət Dram teatırında təntənəli bayram tədbiri keçirilib. Tədbirə  İsrailin fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz və Millət vəkili Aydın Mirzəzadə, o cümlədən şəhər ictimayyətinin nümayəndələri qatılıb. Əvvəlcə Heydər Əliyevin büstü önünə ehtiram əlaməti olaraq tər çiçəklər qoyulub.
     Qonaqlar və yerli sakinlər “Şəhər günü” münasibətilə  Mingəçevirin tarixi inkişaf yolunu əks etdirən sərgi ilə tanış olublar. Şəhər tarix-diyarşünaslıq muzeyinin təqdim etdiyi qədim maddi-mədəniyyət nümunələri, Mingəçevir Uşaq Yaradıcılıq mərkəzinin hazırladığı əl işləri qonaqların marağına səbəb olub. İdmançıların,  eləcə də folklor qruplarının, musiqi kollektivlərinin çıxışları hamının ürəyincə olub. Nümayiş olunan məktəblilərin əl işləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
    Şəhər isra hakimiyyətinin başçısı Niyazi Bayramov və millət vəkili Aydın Mirzəzadə Şəhər günü münasibəti ilə öz təbriklərini çatdırıblar. Tədbir iştirakçıları Mingəçevirin tarixindən bəhs edən qısametrajlı filmə tamaşa ediblər. Sonra çıxış edən natiqlər Mingəçevirin il ərzində böyük inkişaf yolu keçdiyini qeyd ediblər. Bildirilib ki, ölkənin 70% enerji təminatını məhz Mingəçevir ödəyir. Ölkənin iqtisadiyyatının inkişafında Mingəçevirin də rolunun geniş olduğu diqqətə çatdırılıb. Təhsil sahəsində görülən işlərdən, şəhərdə aparılan abadlıq və quruculuq işlərindən danışılıb. Ölkə rəhbərliyi tərəfindən Mingəçevirə göstərilən diqqət və qayğıdan söz açılıb. Daha sonra şəhərin sosial-iqtisadi, mədəni və ictimai-siyasi həyatında fəal iştirakına görə və şəhər günü münasibətilə bir qrup şəxs İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunub.
   Tədbirin rəsmi hissəsi bitdikdən sonra geniş konsert proqramı ilə tədbir davam edib. Konsert proqramında bölgənin tanınmış müğənnilərinin ifasında rəngarəng müsiqilər səslənib.

 

 

Keçidlər