Şriftin ölçüsü :

Saytın rəngi :

“Fəal ailəm, sağlam aləm” layihəsi çərçivəsində yarış keçirilib

06 noyabr 2014 | 16:00

Noyabrın 6-da “Kür” Olimpiaya Tədris İdman Mərkəzində 2015-ci ildə keçiriləcək I Avropa oyunlarının təbliğ olunmasına dəstək olaraq Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə “Fəal ailəm, sağlam aləm” layihəsi çərçivəsində Ailəvi İdman yarışı keçirilib. Yarışa Mingəçevir, Gəncə, Yevlax, Ağdaş, Bərdə, Goranboy, Tovuz və Şəmkirdən olan 18 ailə qatılıb. Onlar müxtəlif idman növlərindən ibarət oyunlar nümayiş etdiriblər. Yarış beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə olunub. Qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Keçidlər