Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Dövlət Rəsm Qalereyasında Yaradıcılıq sərgisi təşkil olundu

19 aprel 2022 | 16:00

Aprelin 19-da Mingəçevir Dövlət Rəsm Qalereyasında tanınmış heykəltaraş rəssam Abdulla Məmmədovun portret janrında “Mingəçevirin vətəndaşları” mövzusunda yaradıcılıq sərgisi təşkil olundu. Sərgidə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, ictimaiyyət nümayəndələri, mətbuat təmsilçiləri və məktəblilər iştirak edirdilər. Geniş foyedə təşkil olunan sərgi iştirakçıların diqqətini cəlb etdi. Xüsusilə uzun illər Mingəçevirdə müxtəlif vəzifələrdə çalışan insanların portret-cizgiləri diqqəti cəlb edirdi. Şəhər rəhbəri sərgi ilə tanışlıq zamanı bir sıra maraqlı fikir və tövsiyyələrini bildirdi. Bu qəbildən olan yaradıcılığın davam etdirilməsini məqsədəuyğun hesab etdi. Yaradıcılıq sərgisində şəhərin ziyalıları da öz fikir və məsləhətləri ilə çıxış etdilər. Gənc rəssamlara dəyərli tövsiyyələrini verdilər.
Sonda şəhər rəhbəri iştirakçılarla xatirə şəkilləri çəkdirdi.

 

Keçidlər