Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Media Mərkəzində Azərbaycan Respublikasının inzibati icraat haqqında qanunvericiliyinə dair seminar keçirilib

06 noyabr 2014 | 16:00

Noyabrın 6-da Mingəçevir Media Mərkəzində Almaniya Beynəlxaq Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilıə  2014-cü il üçün fəaliyyət planının icrası ilə əlaqədar Azərbaycan Respublikasının inzibati icraat haqqında qanunvericiliyinə dair seminar keçirilib. Seminarda Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov yeni inzibati hüquq mövzusunda fikirlərini bölüşüb. O, inzibati hüququn mahiyyəti, prinsipləri və harada tənzimlənməsi, inzibati icraatın aparılması, inzibati orqanın necə fəaliyyət göstərməsi, inzibati aktın icrası ilə bağlı məsələlərə geniş toxunub, bu sahədə xarici ölkələrin, xüsusən Hollandiya və Almaniyanın təcrübəsindən danışıb. Həmçinin qeyd edib ki, vətəndaş dövlət orqanlrının həm pozitiv, həm də neqativ qərarlarına o zaman hörmətlə yanaşır ki, bu aktların bələdiyyə və icra hakimiyyətlərinin subyektiv deyil, obyektiv əsasla verdiklərinə əmin olur.

Keçidlər