Şriftin ölçüsü :

Saytın rəngi :

“Şuşaya nəfəs ol” kompaniyası ilə bağlı Mingəçevirdə Aksiya keçirildi

08 aprel 2022 | 16:00

“Şuşaya nəfəs ol” kompaniyası ilə bağlı Mingəçevirdə silsilə tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti canab İlham Əliyevin sərəncamı ilə 2022-ci il Şuşa ili elan olunduğundan bu qəbildən olan tədbirlərə maraq böyükdür. Məhz buna görə də Təhsil Nazirliyi və Mingəçevir Şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Şuşaya nəfəs ol” ağacəkmə aksiyası keçirildi. Aprelin 8-də baş tutan tədbirdə Bakı şəhəri 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin eləcə də Sumqayıt, Gəncə, Bərdə, Yevlax Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşları bu aksiyada fəallıqla iştirak ediblər. Ağaclar şəhərimizin müxtəlif ərazilərində, o cümlədən 13 nömrəli orta məktəbin ərazisində əkilmişdir. Aksiyada fəallıq göstərən Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivi sonda “Dostluq” parkındakı üstü örtülü açıq səhnədə qonaqlarla birlikdə konsert proqramı ilə çıxış etmişlər. Tədbir böyük maraqla qarşılandı.

Keçidlər