Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətində İdmançılarla görüş keçirildi

01 aprel 2022 | 16:00

     Şəhər İcra Hakimiyyətində idmançılarla görüşə həmişə xüsusi diqqət və qayğı ilə yanaşılır. Elə bu məqsədə də Fevral ayının əvvəllərində keçirilən respublika birinciliyində fəxri kürsünün yüksək pillələrini tutmuş mingəçevirli idmançılar – Rauf Əliyev və Həsən Əliyevlə keçirilən görüş maraq doğururdu. Yunan-Roma güləşi üzrə 82 kq. çəki dərəcəsində fəxri kürsünün I yerini tutan Rauf Əliyev və 71 kq. çəki dərəcəsində III yeri tutan Həsən Əliyevlə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun görüşü maraqla qarşılandı.
     Aprel ayının 1-də şəhər İcra Hakimiyyətinin müşavirə zalında keçirilən görüşü giriş sözü ilə açan Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli qeyd etdi ki, Uşaq Gənclər İdman Məktəbinin yetişdirmələri olan Rauf Əliyev və Həsən Əliyev öz müvafiq çəki dərəcələri ilə fevral ayında keçirilən Respublika çempionatında uğur qazanaraq şəhərimizin adını uca tutmuşlar. Hazırda onlar Yunan-Roma güləşi üzrə Azərbaycan Milli Komandasının tərkibində məşqlərini davam etdirərək Avropa çempionatına hazırlaşırlar.
   Qısa təqdimatdan sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov idmançıları əldə etdikləri uğurlara görə təbriklərini çatdıraraq onlara növbəti mərhələdə uğurlar qazanması arzuladı. Şəhər rəhbəri qeyd etdi ki, Azərbaycan Respublikasında idmana və idmançılara böyük diqqət və qayğı göstəreilir, onların uğurlu çıxışları üçün hər cür şərait yaradılır. Ulu öndər Heydər Əliyevin apardığı uğurlu siyasət möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. 1997-ci ildə Milli Olimpia Komitəsinə sədr seçildikdən sonr cənab Prezident idmançılarımızın uğurlarının artırılması üçün daha böyük diqqət və qayğı ilə yanaşır. Gizlin deyil ki, 2015-ci ildə keçirilən ilk Avropa oyunları, daha sonra İslam ölkələrinin həmrəylik oyunları, futbol üzrə Avropa çempionatının seçmə final oyunlarının Bakıda keçirilməsi idmanımızın inkişafına böyük töhfə olmuşdur. Bizim üçün sevindiricidir ki, Kür Olimpia Tədris İdman bazasında keçirilən beynəlalq yarışlar şəhərimizin inkişafına uğur gətirir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin Mingəçevirdə olması, şəhərimzizdə idmanın inkişafı ilə bağlı töhfələrini verməsi isə hər birimizin ürəyincədir. Cənab nazirlə söhbətimiz əsnasında Mingəçevirdə şəhər stadionunun yenidən bərpa olunması, şəhərdə idman mərkəzinin yaradılması diqqət mərkəzindədir. Bir sözlə, Mingəçevirdə idman inkişaf etməli, əldə olunan nailiyyətlərlə respublikamıza layiqincə xidmət göstərilməlidir. Bu yolla bütün idmançılarımıza uğurlar arzulayıram.
     Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov daha sonra Respublika çempionatında əldə etdiyi uğurlara görə Yunan-Roma güləşi  üzrə yüksək nailiyyətlər əldə edən idmançılarımızı bir daha təbrik etdi.
Görüşdə idmançıların məşqçiləri Azər Allahverdiyev və Xəzər Allahverdiyev çıxış edərək bir sıra maraqlı təkliflər irəli sürməklə şəhər rəhbərliyinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etdilər. İdmançılardan Rauf Əliyev göstərilən qayğıya görə şəhər İcra Hakimiyyətinə təşəkkürünü bildirdi.
      Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov idmançılara diplomlar və qiymətli hədiyyələr təqdim etdi. Sonda xatirə şəkilləri çəkdirildi.

 

Keçidlər