Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü oldu
Mingəçevir şəhər İsra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlər növbəti səyyar görüşü 11 nömrəli orta məktəbdə oldu. Sağ sahil qəsəbəsinin sakinləri ilə keçirilən görüşü açan şəhər rəhbəri ölkə prezidentinin tapşırığına əsasən vətəndaşlarla görüşlərin keçirilməsinin vacibliyindən danışdı. Qeyd olundu ki, 2004-cü ildən bəri dövlətimizin başçısı İlham Əliyevin imzaladığı müvafiq Fərmanlara əsasən həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ölkəmizin hər yerində olduğu kimi Mingəçevir şəhərində də uğurla icra olunur. Belə ki, ötən illər ərzində şəhərimizdə vətəndaşların mənalı istirahəti, uşaq və gənclərin əylənməsi, şənlənməsi üçün parklar salınıb, burada oturacaqlar qoyulub, söhbətgahlar yaradılıb, uşaq əyləncə və idman qurğuları quraşdırılıb, yaşıllıq zolaqları salınıb. Küçələrdə asfaltlanma işləri görülüb, məhəllələr abadlaşdırılıb, yaşayış binalarının dam örtüyü yenilənib, fasad hissələri suvanaraq rənglənib, blokları əsaslı təmir edilib, giriş qapıları qoyulub. O cümlədən şəhərimizdə su xətti tam yenidən qurulub, işıqlandırma sistemi müasirləşdirilib. Bu cür abadlıq quruculuq işləri məlum pandemiya dövründə də davam edib. Ötən il işlər uğurla aparılıb, cari ilin ilk üç aylında da məhəllələrdə yenidənqurma işləri yeni mərhələdə davam edir. Vətəndaşlarla keçirilən bu cür səyyar ğörüşlərin əsas məqsədi də sizlərin arzu və təkliflərini, istəklərini öyrənmək, problemlərinizin həllinə nail olmaqdır.
2020-ci ildə ölkə przidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etməklə dövlətimizin zəfər tarixinin yazılmasından bəhs olundu. Şəhidlərimizin hər birinin xatiri bizim üçün əzizdir. Birinci və ikinci Qarabağ müharibəsində iştirak edən qazilərimizə, şəhid ailələrinə veteranlara göstərilən dövlət qayğısı hər zaman diqqət mərkəzindədir. Ötən illər ərzində pensiya və müavinətlərin, minimum əmək haqqının artırılması da göstərilən dövlət qayğısının təzühürləridir.
Çıxış edən sakinlər-Hüseynalı Hüseynov, Durna Əliyeva, Sərdar Mustafayev, Mübariz İsgəndərov, Mövsüm Kərimov, Siyatel Novruzova, Jalə Paşayeva, Salman İmanov mənzil problemindən, işsizlikdən, bəzi binaların zirzəmilərindəki üfunət qoxusundan, kanalizasiya sistemindəki nasalıqlardan, istilik sisteminin yoxluğundan, ərazidəki küçələrin bir neçəsinin asfaltlanmamasından söz açdılar. Şəhər rəhbəri müvafiq idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verərək il ərzində quruculuq işlərinin genişlənəcəyindən danışdı. Bildirildi ki, bu il 130 yaşayış binasında əsaslı tikinti işləri aparılacaq, ümumi istifadə sahələri yenilənəcək, şəhərin kanalizasiya sisteminin yenidən çəkiləməsi reallaşacaq. Əsas məqsədimiz dövlətimizin başçısının tapşırığına uyğun olaraq vətəndaşların həyat tərzinin, sosial rifah halının yaxşılaşdırılması üçün lazım olan bütün işlər görüləcək. Bu hər birimizin başlıca vəzifəsidir.