Şriftin ölçüsü :

Saytın rəngi :

10.02.2023-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının sakinlərlə növbəti səyyar görüşü oldu.

10 fevral 2023 | 12:32

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü texniki humanitar liseyin akt zalında oldu. Görüşə Ü.Hacıbəyov, Aşıq Qurbani, İ.İslamzadə, R.Rza, N.Rəfibəyli küçələrində yerləşən evlərin sakinləri dəvətli idilər. Burada həmçinin şəhərin başqa küçələrindən gələn vətəndaşlar da var idi. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşdə iştirak edən sakinləri, idarə, müəssisə və təşkilat rəhbərlərini salamlayaraq ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq keçirilən bu cür görüşlərin önəmindən danışdı. Ötən müddət ərzində ölkəmizdə, o cümlədən Mingəçevirdə həyata keçirilən ictimai siyasi tədbirlərdən,  əsaslı tikinti və abadlıq işlərinin genişləndiyindən bəhs etdi. Fevral ayının 6-da qardaş Türkiyədə baş verən dəhşətli zəlzələnin törətdiyi fəsadlardan danışaraq bu ağır günlərdə onlara dəstək olan Prezidentimizin, Azərbaycan xalqının kədərindən və bununla əlaqədar olaraq qardaş ölkəyə göstərilən yardımlardan bəhs etdi. Mingəçevirlilərin də bu tədbirlərdə yaxından iştirak etdiyini, zəlzələdən zərər çəkənlərə əməli köməkliklərini göstərdiyini bildirdi. İ.İsmayılov Mingəçevirdə görülən yenidənqurma və quruculuq işləri haqqında da ətraflı məlumat verdi. Bildirdi ki, görülən işlər sakinlərin ürəyincədir. Bu məqsədlə də sakinlərlə qarşılıqlı əlaqə yaradılaraq sakinlərin istək və arzuları dinlənilir və problemlər nəzərə alınmaqla tətbiq olunur. Bu günkü görüş də həmin məqsədə xidmət edir. Bu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bizə tapşırıq və göstərişidir. Odur ki, zalda qoyulmuş sərbəst mikrafondan istifadə edərək təklif və arzularınızı dinləməyə hazırıq. Sakinlərdən Vurğun Əhmədov, Namizəd Qədirov, Elmira Hacıyeva, Zaur Paşayev, Anar Muradov, Fevral Dursunov, Elmira Əhmədova,Telman Əliyev və başqaları çıxış edərək qarşılaşdıqları problemlərdən danışdılar. Qazın təzyiqinin aşağı olması, binaların zirzəmilərinin təmizlənməsinin vacibliyi qeyd olundu. Kanalizasiya borularının çürüməsindən, qurumuş ağacların vaxtlı-vaxtında budanmamasından, zibil qablarının azlığından, ərazidəki binaların əsaslı təmirinə ehtiyac duyulmasından, sahibsiz itlərin zərərsizləşdirilməsinə diqqətin artırılmasından danışıldı. Yolların qaydaya salınmasından, 5 nömrəli marşrut üzrə maşın dayanacaqlarının olmamasından, binaların qarşısındakı oturacaların azlığından söhbət saldılar. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan problemləri diqqətlə dinlədikdən sonra görüşdə iştirak edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul şəxslərinə, müvafiq idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi. Sakinləri əmin etdi ki, qaldırılan məsələlər nəzarətə görtürülərək qısa müddətdə öz həllini tapacaqdır.

Keçidlər