Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir İcra Hakimiyyətində könüllülük fəaliyyətini başa vuran gənclərlə görüş keçirilib.

30 mart 2022 | 16:00

Əvvəlcə İcra Hakimiyyəti başçısı aparatının İctimai siyasi və  humanitar  məsələlər şöbəsinin baş məsələhtçisi, Tariyel Şükürov icra başçısına məlumat verərək bildirdi ki,Mingəçevir İcra Hakimiyyətinə 2022-ci ilin Fevral və Mart aylarını nəzərə alaraq 19 nəfər gənci könüllülüyə cəlb edilib.Könüllülərin fəaliyyəti barədə məlumat verən icra nümayəndəsi bildirib ki, 2 ay müddətində onlara verilən tapşırıqları vaxtlı- vaxtında icra etdilər və onların 2 ay müddətində qiymətləndirilməsi aparılıb.Könüllülüklə bağlı işlər davam etdirilir və gələcəkdə də bu işlər daha səmərəli aparılacaq.
     İcra başçısı İlham İsmayılov  könüllü gəncləri təbrik edərək  könüllüllük hərəkatının əhəmiyyətindən danışıb,  onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlanılmışdır. Qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunur, gənclər siyasəti uğurla davam etdirilir.  Bildirmişdir ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda başçı gənclərə  vətənpərvər olmağı və Vətənə xidmət etməyi özlərinin ən şərəfli vəzifəsi hesab etməyi tövsiyə edib.
    Könüllülər çıxış edərək  Mingəçevir  İcra Hakimiyyətində təcrübə keçmələri üçün yaradılmış şəraitə görə öz minnətdarlıqlarını bildirib, bu təcrübənin onların gələcək fəaliyyətində mühüm əhəmiyyət kəsb etdiyini qeyd ediblər. Sonda könüllülərə Sertifikatlar təqdim olunub,xatirə şəkilləri çəkilib.

Keçidlər