Şriftin ölçüsü :

Saytın rəngi :

29 mart 2022-ci il tarixində şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti onlayn iclası keçirildi.

29 mart 2022 | 16:00

29 mart 2022-ci il tarixində Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın onlayn iclası keçirilmişdir. İclasın gündəliyində 4 məsələ olduğu bildirildi və bu məsələlər ətrafında çıxışçılara söz verildi.  Gündəlikdə duran 1-ci məsələ "Şəhər əhalisinə göstərilən nəqliyyat xidmətinin vəziyyəti haqqında",  2-ci məsələ “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının Mingəçevir şəhərinə aid  bəndlərinin icra vəziyyəti haqqında”. 3-cü məsələ  “Pandemiya ilə mübarizə  və əhalinin vaksinləşməsi sahəsində şəhərdə aparılan işlərin vəziyyəti haqqında” şəhər Gigiyeva və Epidemiologiya mərkəzinin direktoru vəzifəsini icra edən V.Məmmədovanın hesabatı” və 4-cü məsələ "Nikahların dayanıqlılığının pozulmasıın qarşısının alınmasına yönəlmiş maarifləndirici və praktiki işlərin vəziyyəti barədə" olmuşdur.  Məsələ ətrafında çıxışçılar çıxış  etdikdən  sonra sonda şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov iclasa yekun vuraraq müvafiq şöbələrə öz tövsiyyə  və  tapşırıqlarını verdi.

Keçidlər