Mingəçevir şəhərində “Azərbaycanda mənzil fondunun idarə edilməsində yeni üsulların tətbiqi” mövzusunda seminar keçirildi
Oktyabrın 29-da Mingəçevir şəhərində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda mənzil fondunun idarə edilməsində yeni üsulların tətbiqi” mövzusunda seminar keçirildi.
Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin, şəhər bələdiyyəsinin və çoxmənzilli binalarda yaradılan məhəllə komitələrinin nümayəndələri, mənzil mülkiyyətçiləri və bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektləri iştirak etdi.
Tədbirin keçirilməsinin əsas məqsədi mənzil fondunun idarə olunmasının yeni üsullarının tətbiqi barədə Mingəçevir Şəhər İcra Hakimiyyəti, şəhər bələdiyyəsi, mənzil-kommunal sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri, eləcə də mənzil mülkiyyətçiləri ilə birgə müzakirələrin aparılması və ictimaiyyətin bu sahədə maarifləndirilməsidir.