Şriftin ölçüsü :

Saytın rəngi :

10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib.

10 dekabr 2025 | 18:01

10 dekabr 2025-ci il tarixdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi – Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın uşaq və ailələrlə iş üzrə məsləhətçi-psixoloqu Qorxmaz Abbaszadə, Mərkəzin direktoru Mənsur Həsənov və digər əməkdaşlar iştirak ediblər. Çıxışçılar günün əhəmiyyətindən və insan hüquqları anlayışının bir hissəsi olan uşaq hüquqlarının qorunmasının vacibliyindən danışıblar. Dekabrın 10-u dünyada Beynəlxalq İnsan Hüquqları günü kimi qeyd olunur. “Bütün insanlar azad və bərabərdir” tezisinə əsaslanan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 10 dekabr 1948-ci ildə bu günü Beynəlxalq İnsan Hüquqları Günü olaraq qəbul etmişdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə əsas insan və vətəndaş hüquq və azadlıqlarını təsbit edərək onların təmin edilməsini dövlətimizin ali məqsədi kimi bəyan edir. Belə ki, Konstitusiyanın ¬24-cü maddəsinin II hissəsində hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malik olması göstərilmiş, 26-cı maddənin II hissəsində bu hüquq və azadlıqların müdafiəsinin təminatçısı qismində dövlətin çıxış etdiyi qeyd edilmişdir. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər