Şriftin ölçüsü :

Saytın rəngi :

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə tədbir keçirilib.

01 iyun 2023 | 17:49

Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Bayrağı” ordenli şəhid Müşfiq Mirzəyev adına “Dostluq” parkında yaradılmış açıq səhnədə baş tutan tədbirdə Aprel, Vətən müharibəsi şəhidlərinin, əlillərinin və Uşaq Nevroloji sanatoriyanın uşaqları və məktəblilər iştirak ediblər. Mərkəzi Aran Regional Təhsil Sektorunun Mingəçevir şəhər Uşaq Gənclər və İnkişaf Mərkəzinin vokal, dram, uşaq teatrı, milli rəqs dərnəklərinin uşaqlarının təqdim etdiyi kompozisiyalar, şeirlər, rəqslər, məzhəkəli oyunlar alqışlarla qarşılanıb. Tədbirdən sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov uşaqları təbrik edərək qeyd edib ki, bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.

Tədbirin sonunda Mingəçevir şəhər İcra Hakimiyyətinin xətti ilə Aprel, Vətən müharibəsi şəhidlərinin, əlillərinin övladlarına, Uşaq Nevroloji sanatoriyasında böyüyən fiziki qüsurlu uşaqlara hədiyyələr verildi.

Keçidlər