Şriftin ölçüsü :

Saytın rəngi :

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Mingəçevirdə “Azərbaycan Bayrağı” ordenli şəhid Müşfiq Mirzəyev adına Dostluq parkında tədbir keçirilib.

01 iyun 2024 | 15:46

Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP şəhər təşkilatının rəhbərliyi, ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.

Onlar əvvəlcə parkdakı fəvvarənin ətrafında Uşaq Gənclər İnkişaf Mərkəzində, şəhərdəki Mənzil İstismar Sahələrindəki müxtəlif dərnəklərdə təlimlər keçən uşaqların asfalt üzərində çəkdikləri rəsmlər, hazırladıqları əl işləri, rəsmləri ilə tanış olublar. Bundan sonra burada yaradılan yay səhnəsində Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin hazırladıqları konsert proqramının təqdimatı olub.

Tədbirin sonunda çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ürək sözlərini dilə gətirərək bildirib ki, Prezident İlham Əliyevin uşaqlara göstərdiyi diqqət və qayğı, onların firavan, xoşbəxt gələcəyi, təhsili üçün həyata keçirilən işlər günbəgün genişlənir: “Bu gün bu gözəl bayram tədbirində iştirak edənlərin böyük əksəriyyəti də məhz şəhidlərimizin və qazilərimizin gül balalarıdır. Mən bütün uşaqları əziz bayram, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə ürəkdən təbrik edir, onlara sağlam, xoşbəxt həyat arzulayıram”.

Tədbirin sonunda şəhər İcra Hakimiyyəti adından şəhid və qazi ailələrinin övladlarına hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.

Keçidlər