Şriftin ölçüsü :

Saytın rəngi :

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olundu

01 avqust 2023 | 15:13

Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunan ilk Konstitusiyasında xalq referendum yolu ilə öz mövqeyini nümayiş etdirdi və ölkədə dövlət dilinin Azərbaycan dili adlandırılmasına yekdilliklə tərəfdar olduğunu bildirdi. Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azəraycan əlifbasının bərpasını zəruri etdi. Həmin vaxtdan müstəqil Azərbaycan Respublikasında tədricən latın qrafikalı milli əlifbamıza keçid mərhələsi başladı. Bu tarixi proses ümummilli lider Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən həyata keçdi. Prezident Heydər Əliyev latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycanın siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq 2001-ci il avqustun 9-da daha bir fərman imzaladı. Həmin fərmanla 1 avqust - Azərbaycan əlifbası və ə Azərbaycan dili günü elan edildi. Beləliklə milli varlığımızın və tarixi kimliyimizin əsas atributlarından biri olan Ana dilimiz ən yüksək dəyər qazandı. Artıq 22 ildir ki, ana dilimizlə bağlı bu əlamətdar günü rəğbət, ehtiram və vətəndaşlıq qüruru ilə qeyd edirik. Bu gün də bütün təhsil müəssisələrində, o cümlədən 17 saylı “Fidan” körpələr evi uşaq bağçasında da “Ana dili” günü qeyd edilmişdir. Tədbirdə fidan balalar əvvəlcə “Ana dili” abidəsini ziyarət etmişlər və orada ana dili ilə bağlı şerlər səsləndirmişlər. Sonda tədbir 17 saylı körpələr evi uşaq bağçasının akt zalında davam etdirilmişdir.

Keçidlər