09.12.2022-ci il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə səyyar görüşü oldu
09 dekabr 2022 | 18:47
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü dekabr ayında 10 nomrəli tam orta məktəbin akt zalında oldu. Görüşü açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinləri salamladıqdan sonra ölkəmizdə və şəhərimizdə həyata keçirilən tədbirlər haqqımda qısa məlumat verdi. Ölkə başçısı cənab İlham Əliyevin apardığı xarici və daxili siyasətdən bəhs edən icra başçısı Azərbaycanın daha böyük uğurları haqqında danışdı. Ulu öndərimiz Heydər Əliyevin uğurlu siyasi xəttinin dünyada rəğbətlə qarşılandığını diqqətə çatdırdı. Dekabrın 12-də ulu öndərin anım gününün ölkəmizdə geniş qeyd olunacağını bildirdi. Eyni zamanda cənab Prezidentin sərəncamı ilə 2023-cü ilin Heydər Əliyev ili olduğunu dedi. Dünyada baş verən iqtisadi və siyasi çətinliklərə baxmayaraq Azərbaycanın uğurla inkişaf etdiyini nəzərə çatdırdı. Qarabağda aparılan abadlıq işlərindən söz açdı. Yaxın gələcəkdə bu bölgədə bütün infrastruktur layihələrin uğurla tamamlanacağını, keçmiş köçkünlərin öz ata baba yurdlarına qayıdacağını bildirdi. İcra başçısı Mingəçevirdə aparılan abadlıq işlərindən, insanların məmnunluq hisslərinin yaxşılaşdırılması məqsədi ilə aparılan işlərdən söz saldı. Park və xiyabanların, yaşayış binalarının əsaslı təmirdən çıxarıldığından, yeni nümunəvi məhəllələrin salındığından söz saldı. Qeyd etdi ki, bütün bunlar yerlərdə əhali ilə sıx əlaqələrin nəticəsində mümkün olur. Bu günkü səyyar görüşün də əsas məqsədi sizlərlə təmasda olmaq, təklif və mülahizələrinizi dinləmək, çətinliklərinizi nəzərdə saxlamaqdır. Buna görə də hər həftənin bir günü tərtib olunmuş cədvələ uyğun olaraq sizlərlə səyyar görüşlər keçirilir. Zalda qoyulmuş açıq mikrafondan istifadə etməklə öz fikir və mülahizələrinizi çatdırmağınızı xahiş edirəm. Bu günkü görüşdə şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə və müəssisələrin rəhbərləri və nümayəndələri iştirak edirlər. Görüşdə Üzeyir Hacıbəyov küçəsindən başlayaraq İslamzadə, Heydər Əliyev prospekti, Ş.İ.Xətai, 20 Yanvar və s. küçələrindən gəlmiş sakinlərdən Ərşad Cəfərov, Şirəli Qasımov, Məhyəddin Nəsibov, Kamal Rzayev, Məcid Allahverdiyev, Ceyran Yusifova və başqaları çıxış edərək ölkədə aparılan uğurlu siyasətə görə və eləcə də şəhərimizdəki abadlıq quruculuq işlərinə görə ölkə rəhbəri cənab İlham Əliyevə, Mingəçevir şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirdilər. Əsas problemlərini diqqətə çəkməklə qeyd etdilər ki, yaşadıqları binalarda qazın təzyiqi aşağıdır. tüstü boruları yaxşı işləmir, bəzi ərazilərdə ağacların budanması aparılmır, binaların zirzəmilərində antisanitariya vəziyyəti mövcuddur, o cümlədən fasadları yararsız hala düşüb. Şəxsi müraciətlərinə əsasən iş yerləri ilə təminata ehtiyac var. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov deyilən fikirlərə diqqətlə yanaşaraq görüşdə iştirak edən müvafiq təşkilat rəhbərlırinı konkret tapşırıqlarını verdi və əminlikıə bildirdi ki, qaldırılan məsələlər nəzarətə götürülməklə mərhələli halda öz həllini tapacaq.