Şriftin ölçüsü :

Saytın rəngi :

07.11.2023-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun səyyar görüşü oldu

07 noyabr 2023 | 14:54

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü noyabr ayının 7-də 12 nömrəli orta məktəbdə oldu. Görüşdə Milli Məclisin deputatı Aydın Mirzəzadə, polis şöbəsinin rəisi Ədalət Əiliyev, əraziyə yaxın olan binalarda yaşayan sakinlər, media nümayəndələri iştirak edirdilər. Görüşü açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və şəhərimizdə həyata keçirilən abadlıq quruculuq işləri haqqında məlumat verdi. 8 noyabr Zəfər günü və Mingəçevirin şəhər statusu almasının 75 illiyi münasibəti ilə təbriklərini çatdırdı. Mingəçevirin gözəlləşməsi istiqamətində və sakinləri narahat edən problemlərin həlli ilə bağlı bundan sonra da fəaliyyətin genişlənəcəyini bildirdi. Görüşdə çıxş edən sakinlərdən Aynurə Ağakişiyeva, Vaqif Çələbiyev, Sabit Əliyev, Məhərrəm Xəlilov, Əhməd Əhmədov, Aygün Əhmədova görülən işlərə görə ölkə rəhbərinə və icra hakimiyyətinə minnətdarlıqlarını bildirdilər. Onları narahat edən problemlərdən, fiziki cəhətdən ömrünü başa vurmuş ağacların budanmasının vacibliyindən, zirzəmilərdəki antisanitariya vəziyyətindən, bəzi döngələrdə işıqlanmanın olmamasından söz açdılar. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşə yekun vuraraq qaldırılan məsələlərə münasibətini bildirdi və iştirak edən əlaqədar təşkilat rəhbərlərinə tapşırıqlarını verdi.

Keçidlər