Şriftin ölçüsü :
Saytın rəngi :
Hörmətli şəhid ailələri və müharibə əlilləri ...
TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyilə "İxtisas ayları" proqramı çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş sağlamlıq günləri təşkil ediləcək. 30 may 2024-cü il tarixdə Birinci Qarabağ müharibəsi şəhidlərinin, müharibə əlillərinin nəvələrinə, 31 may 2024-cü il tarixdə İkinci Qarabağ müharibəsi şəhidlərinin, müharibə əlillərinin övladlarına Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında reallaşacaq “Uşaq sağlamlığı günləri” layihəsi çərçivəsində paytaxtda yerləşən TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən uzman və ixtisaslı həkimlər tərəfindən tibbi xidmətlər göstəriləcək. Tibbi müayinələrdən yararlanmaq üçün şəhər xəstəxanasının qeydiyyat bölməsinə yaxınlaşaraq qeydiyyatdan keçmək mütləqdir!