Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı nümunəvi məhəllələrə baxış keçirib

11 avqust 2021 | 16:00

Mingəçevir şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğyn olaraq məhəllələrdə sakinlərin istirahəti üçün genişmiqyaslı işər görülür. Avqustun 10-da icra hakinəmyyətinin başçısı İlham İsmayılov  quruculuq işləri başa çatmış nümunəvi məhəllələrdə, eyni zamanda əsaslı tikinti işləri davam edən binaların sakinləri ilə görüşüb.

 Sakinlər bildiriblər ki, Ərəş – Nərimanov və Puşkin – Nərimanov küçələrində görülən işlər ürəkaçandlr. Belə ki, hər iki məhəllədəki yaşayış binalarınln dam örtükləri əsaslı təmir edilib. Ümumi istifadə sahəsi olan blokların divarları suvanıb, rənglənib, pəncərə çərçivələri və şüşəbəndlər salınıb, giriş hussələrdə qapılar qoyulub, işıqlanma xətləti çəkilib, dirəkləri quraşdırılıb. Binaların qarşısı asfaltlanıb, bordürlər qoyulub. Oturacaqlar qurulub, söhbətgahlar yaradılıb. Yaradılmış uşaq əyləncə sahəsində sürüşkənlər və digər qurğular qoyulub. Hazırda bu məkanlarda işlər davam edir.

Ölkə prezidentinin tapşırığına və fərmanlarına uyğun olaraq regionlarda həyata keçirilən quruculuq işlərindən danışan şəhər rəhbəri bu cür nümunəvi məhəllələrin yaradılacağını, şəhərimzin bütün məhəllərində vətəndaşların rahatlığının tənin edilməsi üçün zəruri olan işlərin görüləcəyini bildirib. Qeyd olunub ki, hamını narahat edən yaşıllıqların suvarılması üçün işlərə başlanılıb. Artıq şəhəin bir çox prospekt, küçə və parklarına bu məqsədlə su xətləri çəkilib və bu iş davam etdirilir.

Görüşdə məhəllə sakinləri arzu və təkliflərini dilə gətiriblər.

 

Keçidlər