Şriftin ölçüsü :

Saytın rəngi :

Belarusiya Respublikasının Polosk şəhərində keçirilən “Müqəddəs Sofiya torpağında” adlı festivalda «Vətən haqqında mahnı» adlı aksiyada şəhərimizdən iştirak edən iştirakçılara təşəkkürnamə göndərildi.

03 iyun 2021 | 16:00

Mingəçevir şəhəri ilə qardaşlaşan Belarusiya Respublikası Polosk şəhərinin  1159-cu ildönümü münasibətilə Polosk şəhərində “Müqəddəs Sofiya torpağında” adlı festival keçirilmişdir.  Festival çərçivəsində qardaşlaşmış şəhərlər  arasında keçirilən  «Vətən haqqında mahnı» adlı aksiyada beş ölkənin nümayəndələri iştirak etmişdir. İsmayılov Elcin Şirxan oğlı və Əliyev Cavid Elşən oğlu  aksiyada şəhərimizi təmsil etmişlər. Hər iki  iştirakçı festivalın təşkilat komitəsi adından təşəkkürnamə ilə təltif olunmuşlar.

Keçidlər