Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların sosial-rifah halı daim diqqət mərkəzindədir.

18 dekabr 2020 | 16:00

 Azərbaycan Respublikasında vətəndaşların sosial-rifah halının yaxşılaşdırılması həmişə diqqət mərkəzində olub. Ölkə prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla vətəndaşlara verilən əmək pensiyaları və müavinətlərin artırılması insanların razılığı ilə qarşılanır.  Ötən il dövlət başçısının daha bir humanist addımı  sayəsində minimum əmək haqqının, pensiya və müavinətlər iki dəfə artırılmışdır. Bu günlərdə Büdcə zərfinə daxil edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin ləğv edilməsi və bundan irəli gələrək dəyişiklik və yeni hazırlanmasına zərurəti yaranmışdır. 
   Həmin maddədə nəzərdə tutulan əmək pensiyasının sığorta hissəsinə əlavələr pensiya təminatı sistemində sosial sığorta prinsiplərini zəiflədir və həmin əlavələrin maliyyələşdirilməsi prosesi həddən artıq mürəkkəbdir. Bu məqsədlə, həmin maddədə əks olunmuş pensiya əlavələrinin ləğv edilərək mövcud AR Prezidentinin təqaüdləri ilə birləşdirilməsi, ikisinin əvəzinə müvafiq olaraq yeni AR Prezidentinin təqaüdlərinin təsis edilməsi təklif olunur. Pensiya əlavələrinin ləğv edilərək, prezident təqaüdlərinin artırılması həmin pensiya və Prezident təqaüdləri alan şəxslərin sosial rifahının yaxşılaşdırılmasına təsir edəcək, eyni zamanda bu növ sosial təyinatların elektron icrasını sürətləndirəcəkdir.
     “Sosial müavinətlər haqqında” AR Qanununa dəyişikliklərin edilməsində məqsəd imtiyazlı şəxslərə və ailələrə daha çox qayğı  göstərməkdir. Ötən ildən qanunvericilik islahatları çərçivəsində başlanmış sosial müavinətlərin məbləğlərinin optimallaşdırılması və növlərinin unifikasiya edilməsinin davam olaraq şəhid ailəsi üzvlərinə, şəhid uşaqlarına, Müharibə, 1990-cı il 20 Yanvar və Çernobıl AES əlillərinin uşaqlarına ödənilən sosial müavinətlər ləğv edilərək, müvafiq kateqoriya üzrə AR Prezidentinin təqaüdlərinin məbləğinin artırılması təklif olunur. Qeyd etmək yerinə düşər ki, dövlət başçısı şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarlnın, eləcə də digər kateqoriyadan olan şəxsləırin həyat şəraitini yaxşılaşdırmağı daim nəzərində saxlayır. 
      Azərbaycanın ərazi bütövleüyünün bərpa edilmısi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən döyüşçülərimizə xüsusi qayğısını göstərən prezidentimiz ilk olaraq bu fədakar vətən övladlarının təltif edilmısi barədə sərəncamlar imzalamışdır. Prezidentimiz müsahibələrində, çıxışlarında dəfələrlə bildirmişdir ki, şəhid ailələri, Qarabağ müharibəsinin iştirakçıları daim nəzarətində olacaq. Onların mənzil şəraitləri yaxılaşdırılacaqdır. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması – AR Prezidentinin Fərmanına dəyişiklik də qəhrəmanlarımıza olan diqqətin bariz nümunəsidir.  Prezident təqaüdünün məbləğinin 1500 manatdan 1800 manatadək artırılması təklif olunur. Həmçinin Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması – AR Prezidentinin Fərmanına dəyişiklik də nəzərdə tutulur.  Yəni Şəhid ailəsi üçün (Əfqanıstanda həlak olanlar və 20 yanvar şəhidləri daxil olmaqla)AR Prezidentinin təqaüdünün məbləğinin 300 manatdan 500 manatadək artırılması təklif olunur (bu şəxslər təqaüdlə yanaşı aylıq əsasda müavinət və ya pensiya da alırlar).  Bundan başqa müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması, silahlı hücumlara məruz qalaraq əlil olan şəxslərin sağlamlığının təminatına olan diqqətdir.  Müharibə ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslərə AR Prezidentinin təqaüdünün məbləğinin 250 manatdan 400 manatadək, II dərəcə əlilliyi olan şəxslərə AR Prezidentinin təqaüdünün məbləğinin 230 manatdan 350 manatadək, III dərəcə əlilliyi olan şəxslərə AR Prezidentinin təqaüdünün məbləğinin 210 manatdan 300 manatadək artırılması təklif olunur(bu şəxslər təqaüdlə yanaşı aylıq əsasda müavinət və ya pensiya da alırlar).
      Ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması da dəyişikliklər sırasında yer alır.  Ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə AR Prezidentinin təqaüdünün 100 manatdan 130 manatadək artırılması təklif olunur (bu şəxslər təqaüdlə yanaşı aylıq əsasda müavinət və ya pensiya da alırlar ). Dəyişikliklər  Böyük Vətən Müharibəsi iştirakçılarına AR Prezidentinin təqaüdünün məbləğinin 150 manatdan 300 sırasında manatadək artırılması təklif olunur (bu şəxslər təqaüdlə yanaşı aylıq əsasda müavinət və ya pensiya da alırlar ). İmtiyazlı vətəndaşların pensiya və müavinətlərinin artırlılması həmişə dövlətimizin önəm verdiyi işlərdəndir.

    “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu layihəsinin qəbul edilməsi ilə (19-cu maddənin ləğvi) qəbul edilməsi zərurəti yaranan normativ hüquqi aktlar

     Dünyada ən böyük sərvət insanın sağlamlığıdır.  Fiziki cəhətdən sağlamlığını itirən şəxslər, xüsusilə görmə problemi ilə yaşayanlar  hər cür qayğıya ehtiyaclıdırlar. Bu cür insanlara verilən təqaüdün artırılması onlarlın görmə qabiliyyətini artırmasa da, həyat şəraitinin qismən yaxşılaşdırılmasına təminat verəcəkdir. Ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə 110 manat məbləğində pensiya əlavəsinin və 100 manat məbləğində Prezident təqaüdünün ləğv edilərək, həmin şəxslər üçün 210 manat məbləğində yeni növ Prezident təqaüdünün təsis edilməsi təklif olunur. 
      “Əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsinə nəzər yetirək.
     Bu şəxslər üzrə (Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) 120 (fəlsəfə doktorları) və 200 (elmlər doktorları) manat məbləğində pensiya əlavəsini ləğv edərək, onun əsasında eyni məbləğlərdə yeni növ Prezident təqaüdünün təsis edilməsi təklif olunur.  Elm və təhsilin inkişaf etdiyi dövrdə alimlərimizə, ziyalılarımıza, düşünən beyinlərimizə olan diqqət  əslində gələcəyimizə olan qayğıdır. Yəni, elmi dərəcəsi olan ziyalılarımlz gələcək nəslin mütəxəssis kimi yetişdirilmısi kimi zəruri bir sahəni təmsil edirlər. 

      Azərbaycan Respublikası Qanununun 19.1.1, 19.1.3, 19.1.5 və 19.1.8-ci maddələri üzrə mövcud təyinatlarda pensiya əlavəsi ödənişinin davam etdirilməsinin isə belə hesablanması zərurəti yaranır.
Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinə 110 manat, şəhidlərin ailə üzvlərinə 93,5 manat, öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, həmçinin öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyətsiz ailə üzvləri olan işləməyən hərbi qulluqçular sırasından olan əmək pensiyaçılarına ailənin əmək qabiliyyəti olmayan hər üzvünə, siyasi repressiyaya məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə,  Böyük Vətən müharibəsi iştirakçıları və bununla əlaqədar əlilliyi olan şəxslərə pensiya əlavəsinin ödənişinin davam etdirilməsi təklif olunur.
     30 ildən sonra işğal olunan torpaqlarını geri qaytaran, azad edən bir dövlətdə, Azərbaycanda insanların həyat şəraitinin yaxşılaşdırılmasının yenidən diqqət mərkəzinə çəkilməsi prezidentimizin bu sahəni daim nəzarətində saxladığının təcəssümüdür. Çünki bizim ölkəmizdə insan həyatı, sağlamlığı ən vacibdir. Bunu dəfələrlə prezidentimiz də bəyan edib. Vətəndaşların sağlam və xoşbəxt yaşaması üşün əməli addımların atılması inanırıq ki,  bundan sonra da davam etdiriləcəkdir.


Səbuhi Qəhrəmanov,
Texnika üzrə fəlsəfə doktoru

Keçidlər