Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində Koronovirusla mübarizə gündəlik olaraq davam etdirilir.

09 dekabr 2020 | 16:00

Ökəmizdə Koronovirusun (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Mingəçevir şəhərində təxirəsalınmaz tədbirlər fasiləsiz həyata keçirilir.
        Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının yanında yaradılmış Operativ Qərargah tərəfindən tərtib edilən qrafikə uyğun olaraq tibbi-profilaktik və dezinfeksiya işləri də gündəlik olaraq gücləndirilmiş qaydada aparılır.
       Şəhərin mərkəzi küçə və prospektləri, istirahət parklarında, məhəllələrdə, orada quraşdırılan uşaq-əyləncə və idman qurğularında, yaşayış binalarında, binalardakı liftlərdə və ümumi istifadə yerlərində, avtobus dayanacaqlarında və nəqliyyat vasitələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarında, bütün küçə və prospektlərində, ümumiyyətlə, insanların sıx olduğu yerlərdə dezinfeksiya işləri aparılır.

 Şəhərdə fəaliyyət göstərən müxtəlif növ ticarət, xidmət və ictimai iaşə müəssisələrində monitorinq qrupları tərəfindən reydlər keçirilmiş, inzibati tədbirlər təşkil edilmişdir.

 

 

Keçidlər