Şriftin ölçüsü :

Saytın rəngi :

«Azərbaycan İES” MMC yenidən qurulur. “Atalar qurur, oğullar davam etdirir”

08 iyun 2020 | 16:00

2018-ci ilin iyulun 2-dən 3-nə keçən gecə Azərbaycan Dövlətinin müstəqil həyatında enerji böhranı baş verdi. Bu böhran Azərbaycan İES-də baş verən qəza nəticəsində olmuşdur. Ölkə prezidenti bu məsələ ilə əlaqədar müvafiq tapşırıqlarını verdi. Cənab prezidentin tapşırığı ilə “Azərbaycan İstilik Elektrik Stansiyası”-MMC-nin yenidən qurulması, reabilitasiyası proqramı təsdiq olundu. Ötən müddət ərzində illərdən bəri köhnəlmiş, istismar müddətini başa vurmuş avadanlıqlar yenisi ilə əvəz olundu. Görülən işlər, yaradılan infrastrukturlar sayəsində stansiya müasirləşdi, gözələşdi və etibarlılığı artdı. Bu günlərdə şəhər ictimaiyyəti, energetiklər, ağsaqqallar, gənclər görülən işlərə görə ölkə prezidentinə minnətdarlıq teleqramları göndərmişlər. Bu teleqramlardan birini diqqətinizə çatdırırıq:
   “Hörmətli Prezident!
   Gözümüzün qarşısında Mingəçevirdə yerləşən Zaqafqaziyanın ən nəhəng enerji müəssisəsi yenilənir, özünün ikinci cavanlığını yaşayır. Bu işdə əməyinizi və uzaqgörənliyinizi başa düşərək yüksək qiymətləndirək Sizə minnətdarlığımızı bildiririk.
   Stabil enerji mənbələrinə malik olmaq dövlətin müstəqiliyini şərtləndirən əsas faktorlardan biridir. Bu cəhətdən respublikanın enerjiyə olan tələbatının yarısını ödəyən “Azərbaycan İES” MMC-yə diqqət və qayğınız təkcə Mingəçevirlilərə yox, bütün ölkə əhalisi üçün önəmlidir.
   Bir mütəxəssis kimi elektrostansiyada gedən işləri izləyirəm. Görülən işlərin nəhəngliyi ulu öndər Heydər Əliyev dövrünü-80-ci illəri xatırladır. Atalar qurur oğullar davam etdirir.
   Stansiyanın cavanlaşması təkcə fiziki mənada yox (yeni binalar,sexlərin tikilməsi), həm də mənəvi baxımdan-yeni texnologiyalar, yeni avadanlıqlar, dünya energetikasının elmi naliyyətlərini özündə əks etdirən, ən yeni texnologiya ilə işləyən qurğular deməkdir. Buna bariz misal yeni tikilən kimya sexi və çirkli suların kompleks təmizləmə məntəqəsidir. Kimya sexində su  əks-osmos qanununa əsaslanan yeni metod ilə təmizlənir. Belə təmizləmə imkan verir ki, adi təmizlənmiş içməli sudan 150 dəfə təmiz, istesalat tələblərinə cavab verən su istehsal edilsin. Əvvələr kimya sexində suyun təmizləməsində hər ay hər biri 60 ton olmaqla qatı sulfat turşusundan və qələvidən istifadə olunurdu. İndi bunlar lazım olmur. Deməli ətraf mühitin çirkləndirilməsi də çox əhəmiyyətli sürətdə azalır. “Azərbaycan İES”-də istifadəyə verilən bu texnologiya dünya təcrübəsində son söz olmaqla həm də respublikada su təmizlənməsində ən yeni və iri texnologiyadır.
Təmizləmə kompleksi də XXI əsrin yeni texnologiyasıdır.Təbiətə çirkli sulların axıdılmasının qarşısı avtomatik rejimdə alınır.Minimum reaktiv işlədilir.Təbiətə dəyən ziayn minimuma endirilir.Energetikaya diqqətiniz eyni zamanda ekologiyaya qayğınız deməkdir.Sizin sayənizdə görülən işləri gələcək nəsillərin enerji baxımından təhlükəsizliyi,sağlam ətraf mühitdə yaşaması üçün fəaliyyət kimi qiymətləndiririk.
   Bütün bunlara görə Sizə minnətdarlığımızı bildirir və təşəkkür edirik.Vətən naminə görülən işlərdə,vətəndaşlara göstərilən qayğınız sahəsində bütün işlərinizə uğurlar diləyirik.

     Hörmətlə,
   “Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik ictimai birliyinin sədri:
   Çingiz Nəzərov”

Keçidlər