Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində dezinfeksiya işləri gündən-günə artır

21 aprel 2020 | 16:00

20-21 aprel 2020-ci il tarixlərində Dezinfeksiya Stansiyasının mütəxəssisləri tərəfindən sərnişindaşıyan 13 ədəd avtobus və mikroavtobusların salonları, hündürmərtəbəli binalarda 26 ədəd lift kabinaları və onun düymələri gündə 2 dəfə olmaqla dezinfeksiya olunur. 217 ədəd yüksəkmərtəbəli yaşayış binalarının giriş və pilləkən qəfəsələri, 7 sahibkar obyekti, 1 MİS ərazisində məhəllədaqxili yollar, 2 fərdi yaşayış massivi,  33 küçə,  məcburi köçkünlərin məskunlaşdığı 2 obyekt və 46 ödəmə terminalı dezinfeksiya edilmişdir. 

Şəhər ərazisində "koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər" çoxaldılaraq yaşayış və qeyri-yaşayış binalarının, fərdi yaşayış massivlərində, fəaliyyətinə icazə verilmiş ticarət obyektlərində vətəndaşların görə biləcəkləri yerdən asılması təmin edilmişdir.

 

Keçidlər