Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edirlər.

13 noyabr 2019 | 16:00

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olan Mingəçevir məktəbliləri noyabrın 13 tarixində Quba, Qusar və Xaçmaz rayonlarına yola düşmüşlər. Mingəçevir məktəblilərini Quba rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar. Tur aksiyası çərçivəsində 13-16 noyabr tarixlərində Mingəçevir məktəbliləri Quba, Qusar və Xaçmaz rayonlarına ekskursiya edərək həmin rayonlar haqqında ətraflı məlumat əldə etmək, tarixi görməli yerləri ilə tanış olmaq imkanı qazanacaqlar.
   Noyabrın 13-də məktəblilər Quba rayonunda ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

 

Keçidlər