Şriftin ölçüsü :

Saytın rəngi :

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsində Mingəçevir şəhərinin 70 illik yubileyinə həsr olunmuş “Nə? Harada? Nə zaman” intellektual oyunu keçirilib

03 noyabr 2018 | 16:00

“Nə? Harada? Nə zaman” intellektual oyunu üzrə “Mingəçevir kuboku” turniri keçirilib. “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin dəstəyi, “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin təşəbbüsü ilə keçirilən Mingəçevir İntellektual Oyunlar klubunun növbəti oyunu şəhərimizin 70 illik yubileyinə həsr olunub. “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin dərnək rəhbəri və İşıqlı Gələcəyin icraçı direktoru Rəşad Qurbanov Mingəçevirin yaranma tarixi haqqında qısaca məlumat verib, bütün komandalara uğurlar arzulayıb.

 

 

 

Keçidlər